Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin yeni hökumətini elan edib.
Serbiya parlamentinin (Milli Assambleya) yeni hökumətin formalaşdırılması ilə bağlı səsverməsi oktyabrın 25-də keçiriləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serb Tərəqqi Partiyasının sədr müavini, Novi Sad şəhərinin meri Miloş Vuçeviç bildirib.
Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin yeni hökumətini elan edib. Dövlət başçısının sözlərinə görə, yeni kabinet 25 nazirlikdən ibarət olacaq.
Aprelin 3-də Serbiyada prezident və növbədənkənar parlament seçkiləri keçirilib. Vuçiç prezident seçkilərinin birinci turunda 58,57 faiz səslə qalib gəlib. Parlament seçkilərində onun “Biz birlikdə hər şeyə qadirik” koalisiyası 42,97% səs toplayaraq ən çox mandat qazanıb.
