Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın keçmiş təhlükəsizlik rəhbəri Vaçaqan Qazaryan azadlığa buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, o, həbs müddəti başa çatdığından sentyabrın 26-da azad edilib.
Bundan əvvəl məlum olub ki, Serj Sarkisyanın təhlükəsizlik şöbəsinin sabiq rəhbəri Qazaryan və ona bağlı olan şəxslər 2023-cü il avqustun 22-də iddianın qismən təmin edilməsi üçün Baş Prokurorluqla barışıq sazişi bağlayıblar.
O cümlədən, Yerablur hərbi panteonunun ərazisindəki dörd torpaq sahəsini dövlətə qaytarmağa hazır olduqlarını bildiriblər.
Ariz Həsənoğlu,
KONKRET.az
