Səslərin hesablanması zamanı seçki məntəqəsi ƏLƏ KEÇİRİLDİbackend

Səslərin hesablanması zamanı seçki məntəqəsi ƏLƏ KEÇİRİLDİ

Qvatemalada prezident seçkilərindən sonra səslərin hesablanması zamanı bir qrup naməlum şəxs Retaluleu departamentində seçki məntəqəsini ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Prensa Libre” qəzeti məlumat yayıb.

Bildirilib ki, səslərin hesablanması zamanı naməlum şəxslər seçki məntəqəsinə hücum edib.

Nəşrin məlumatına görə, onlar bir neçə məntəqədə bülletenləri məhv ediblər.

Qeyd olunub ki, polis vəziyyəti nəzarət altına almağa çalışır.

Dərc edilən rəsmi məlumatlara görə, bületenlərin 75%-nin sayılmasından sonra Qvatemalanın keçmiş birinci xanımı Sandra Torres və deputat Bernardo Arevalo öndədir.

Belə ki, seçicilərin 14,89%-i Torresə səs verib. Arevalonu isə 12,38% seçici dəstəkləyib.

Qeyd edək ki, Torres 2008-2012-ci illərdə Qvatemalanın birinci xanımı olub. O, 2015 və 2019-cu illərdə prezident seçkilərində iştirak edib, lakin hər dəfə ikinci turda rəqibinə uduzub. Torres Tayvanla diplomatik münasibətlərin saxlanmasının tərəfdarıdır.

Bernardo Arevalo isə Qvatemalanın ilk seçilmiş prezidenti Xuan Xose Arevalonun oğludur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*