Səudiyyə Ərəbistanı 170 kilometr uzunluğunda şəhər inşa edir – FOTObackend

Səudiyyə Ərəbistanı 170 kilometr uzunluğunda şəhər inşa edir - FOTO

Səudiyyə Ərəbistanı təxminən 170 kilometr uzunluğunda şaquli şəhər layihəsi olan “The Line”nın tikintisinə başlayır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin inşası 50 il davam edəcək və 9 milyondan çox insan yaşaya biləcək.

Bildirilir ki, yeraltı nəqliyyat sistemi şəhəri birləşdirəcək və bir nöqtədən digərinə tam sürətlə getmək təxminən 20 dəqiqə çəkəcək.

Şəhər 100 faiz bərpa olunan enerji ilə təmin ediləcək, ənənəvi nəqliyyat və infrastrukturdan daha çox insanların sağlamlığı və rifahı prioritet olacaq.

Qeyd edək ki, şəhərin 2030-cu ilə qədər tikintisi başa çatacaq hissəsində 1,5 milyon insanın yaşayacağı planlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*