backend

Sevgilisindən küsüb özünü asdı - VİDEO

Xaçmazda 24 yaşlı oğlan özünü asaraq intihar edib. Konkret.az-ın şimal bürosunun veridiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində baş verib.1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu özünü qonşuluqdakı evin damından asaraq intihar edib. Bir müddət sonra atası oğlunun ipdən asılmış cəsədini görüb. Meyit müayinə olunması üçün morqa aparılıb. Atasının konkret.az saytına verdiyi məlumata görə, oğlu sevdiyi qıza görə intihar edib. Hadisədən bir neçə dəqiqə əvvəl sevgilisi mərhumun anasına zəng edərək Mahirin özünə qəsd edəcəyi barədə məlumat verib. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*