Si Cinpin Hindistana getməkdən İMTİNA ETDİbackend

Si Cinpin Hindistana getməkdən İMTİNA ETDİ

Çin Xalq Respublikasının sədri Si Cinpin gələn həftə Hindistanda keçiriləcək G20 sammitinə getməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

İki Hindistan və bir Çin diplomatı agentliyə bildirib ki, iclasda Pekini Baş nazir Li Çian təmsil edəcək.

Hindistan və Çin Xarici İşlər Nazirlikləri məsələni şərh etməyib.

Məlumata görə, Hindistanda keçirilən sammit Cinpin və Bayden arasında görüş nöqtəsi olaraq görülürdü.

Xatırladaq ki, Si Cinpin və Bayden sonuncu dəfə ötən ilin noyabrında Balidə keçirilən G20 sammiti çərçivəsində görüşüb.

Qeyd edək ki, sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*