Simonyan Zatulinin Ermənistana giriş qadağasını ŞƏRH ETDİbackend

Simonyan Zatulinin Ermənistana giriş qadağasını ŞƏRH ETDİ

Ermənistan öz suverenliyinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə müavini Konstantin Zatulinə ölkəyə giriş qadağasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan öz suveren ərazisinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz və Ermənistan Respublikasının sərhədləri “qırmızı xətt”dir.

“Ona görə də bütün dostlar, tərəfdaşlar bu reallığı nəzərə almalıdırlar”, – deyə Simonyan qeyd edib.

Ermənistan parlamentinin spikeri RT-nin Baş redaktoru Marqarita Simonyanın “azruolunmaz şəxs” elan olunması haqqında məlumatının olmadığını söyləyib. Lakin o, istisna etməyib ki, bu, Simonyana, onun əri Tiqran Keosayana, həmçinin “müxtəlif ölkələrin erməni soyadlı və manqurt agentləri”nə, eləcə də Ermənistana, onun müstəqilliyinə, ölkənin keçmiş rəhbərlərinə qarşı hörmətsiz münasibət göstərəcək digər şəxslərə də şamil edilə bilər.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*