Sinqapurda 100 kiloqramlıq bomba partladıldıbackend

Sinqapurda 100 kiloqramlıq bomba partladıldı

Sinqapur ordusunun mütəxəssisləri tikinti sahəsində tapılan 100 kiloqramlıq İkinci Dünya Müharibəsi zamanından qalan bombanı partladıblar.

KONKRET.az xəbər verir ki, partlayış səbəbindən yaxınlıqdakı evlərdən 4000-dən çox insan təxliyə edilib.

Məlumata görə, keçən həftə Bukit Timah şəhərinin şimal-şərqindəki kondominium tikintisində partlamamış təyyarə bombası aşkar edilib.

Partlayış baş verməmişdən əvvəl hərbçilər ərazini qum torbaları ilə mühasirəyə alıblar.

Polis sakinlərə xəbərdarlıq edib ki, güclü partlayışdan təşvişə düşməsinlər və ərazidən uzaq olsunlar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*