Siyəzəndə baş verən yanğın söndürüldü – VİDEObackend

Siyəzəndə baş verən yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*