Siyəzəndə məmur oğlu bıçaqlandıbackend

Siyəzəndə məmur oğlu bıçaqlandı

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, rayon sakini 1981 ci təvəllüdlü Tarverdiyev Yadulla Pirverdi oğlu qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti kafidir. Faktla əlaqədar Siyəzən Rayon Polis Şöbəsindən heç bir məlumat verilməyib. Qeyd edək ki, bıçaqlanan şəxs Siyəzən şəhər icra nümayəndəliyinin keçmiş rəhbəri Pirverdi Tarverdiyevin oğludur.

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*