SOĞANIN QİYMƏTİ NİYƏ UCUZLAŞMAĞA BAŞLAYIB?backend

Soğanın qiyməti niyə ucuzlaşmağa başlayıb?

Vüqar Hüseynov

Havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi. Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı “bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərmişdi. Amma qısa müddətə.
Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır.
Bərdə, Ağdam və Beyləqandan olan fermerlərlə söhbətdən çıxan nəticə: PROSESİN ƏVVƏLİNDƏ FERMER, SONUNDA İSTEHLAKÇI QAZANIR. Artıq istehlakçının, yəni alıcının qazanmağa başladığı mərhələdir. Yeni mövsümün yeni məhsulu həm fermerlər, həm alıcılar üçün xeyirli-uğurlu olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*