ŞOK: Həbsxana FOTOSU Trampa rekord məbləğ qazandırdı – FOTObackend

ŞOK: Həbsxana FOTOSU Trampa rekord məbləğ qazandırdı - FOTO

ABŞ-nin keçmiş prezidenti Donald Tramp həbsxanada çəkdirdiyi foto sayəsində rekord məbləğdə pul əldə edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Kampaniya komandası tərəfindən ilk dəfə Politico-ya açıqlanan rəqəmlərə görə, keçmiş ABŞ prezidenti cümə axşamı gecəsi Atlantada həbs olunduqdan sonra 7,1 milyon dollar toplayıb. Nəticələrlə tanış olan mənbəyə görə, Tramp təkcə cümə günü 4,18 milyon dollar qazanıb.

Bu məbləğ Trampın həbs zamanı çəkilmiş fotoşəkili olan müxtəlif malların satışı ilə təmin edilib. Şəkil köynəklərə, afişalara, stikerlərə və digər suvenirlərə yerləşdirilib. Malların qiyməti 12-34 dollar arasında dəyişib.

Qeyd edək ki, Donald Tramp 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyi üçün həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*