Rusiyalı teleaparıcı, təbliğatçı Vladimir Solovyov özünün “Full Contact” proqramında gecə saatlarında pilotsuz təyyarələrin Rusiyanın regionlarına hücumuna hiddətlə reaksiya verib.
KONKRET.az-ın məlumatına görə, o, bildirib ki, əgər Rusiya pilotsuz təyyarələrin qarşısını ala bilmirsə, F-16-larla necə davranacağıq?.
“Nə baş verir? Dronların haradan uçduğunu bilmirik? Biz başa düşmürük ki, istehsal, çatdırılma və yığılma harada baş verir, buraxılış yerləri haradadır? başa düşmürük ki, onlar NATO ölkələrinə xidmət edən və onlara aid olan bir aerokosmik qrup tərəfindən idarə olunur? Onlar bizi vurmaqdan qorxmurlar, amma biz qorxuruq” – deyə Solovyov bildirib.
Burhan,
KONKRET.az
