“Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar”.
KONKRET.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin indi yaydığı məlumatda deyilir. Nazirlik daha sonra bildirir ki: “Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.
Dəfələrlə yazarların diqqətinə çatdırılsa da,yenə tam əksini görürük.Bu da əsəbgətiricidi.Media nümayəndələri birmənalı şəkildə bu səhvin nə olduğunu sanki anlaya bilmirlər.
Allah şəhidlərimizə rəhmət eləsin. Düşmən ordusu layiqli cavabını alıb.