Oğurluq edən keçmiş məhkum saxlanıldıbackend

Oğurluq edən keçmiş məhkum saxlanıldı

Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.

Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*