XƏBƏRDARLIQ: Bu rayonun əhalisi TƏHLÜKƏDƏDİR – SƏBƏBbackend

XƏBƏRDARLIQ: Bu rayonun əhalisi TƏHLÜKƏDƏDİR - SƏBƏB

Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

KONKRET.az xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çaya tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə, sürüşmə uzun müddətdir davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib.

Lənkəran Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib: “Məlum oldu ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan, müvəqqəti də olsa, xəta böyüməsin deyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyəti qurumlara müraciət ediləcək”.

Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*