Şəmkirdə məktəbdə YANĞIN – YENİLƏNİBbackend

Şəmkirdə məktəbdə YANĞIN - YENİLƏNİB

Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.

KONKRET.az xəbər verir ki, yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

***

Şəmkirdə yanğın qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə Şəmkir şəhərinin Zaur Sarıyev küçəsində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbdə baş verib.

Belə ki, ümumi sahəsi 950 kv metrə yaxın olan ikimərtəbəli tam orta məktəbdə qəfil yanğın başlayıb.

Dərhal hadisə  yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində orta məktəbin kompüter otağında 30-a yaxın kompüterdən 7-si yanıb.

Ümumilikdə 950 kv metr sahəsi olan məktəbin 55  kv metri sahəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə  edilib.

Xatırladaq ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*