SON DƏQİQƏ: “Paşinyan erməni diasporunun Fransadakı məşhur simasını Ermənistana buraxmadıbackend

SON DƏQİQƏ: “Paşinyan erməni diasporunun Fransadakı məşhur simasını Ermənistana buraxmadı

Erməni diasporunun Fransadakı  məşhur siması Frank Papazyanın ölkəyə girişinə qadağa qoyub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu qadağa Paşinyan hakimiyyəti tərəfindən tətbiq edilib. Beləliklə Papazyanın İrəvan hava limanından Ermənistana daxil olmasına icazə verilməyib.

Qeyd edək ki, Papazyan Avropada Ermənistanın və “Artsax”ın maraqlarını qətiyyətlə müdafiə etməsi ilə fərqlənir. Eyni zamanda o, Fransa və “Artsax”ın parlamentlərarası dostluq qrupunun başında dayanan şəxsdir.

Papazyanın Türkiyə və Azərbaycana, eləcə də bugündən Ermənistana daxil olması qəti qadağandır.

Papazyan həm də Avropada Türkiyə-Azərbaycan lobbisinə qarşı qarayaxma kampaniyası aparması ilə tanınır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*