SON DƏQİQƏ: Yasamalda bina yanır – YENİLƏNİBbackend

SON DƏQİQƏ: Yasamalda bina yanır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bakıda yaşayış binası yanır.

KONKRET.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*