Sosial mediada gündəm olan Türkiyə bayraqlı FOTObackend

Sosial mediada gündəm olan Türkiyə bayraqlı FOTO

Bildiyimiz kimi Türkiyə terrorizmə qarşı mübarizə aparmaq üçün Suriyada əməliyyat keçirir.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, bölgədə  canını qurtarmaq istəyən YPG-yə qarşı başladılan Sülh Pınarı Əməliyyatı dünyanın gündəminə oturub.

Ard-arda verilən açıqlamalarla bir çox dünya ölkələri Türkiyənin Suriyadan geri çəkilməsini istəyir.

Türkiyə isə sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki vəziyyəti yenidən dəyişdirmək məsələsində israrlıdı.

Əməliyyatların davam etdiyi bir vaxtda sosial mediada Türkiyənin siyasi vəziyyətini göstərən bir şəkil də paylaşılıb. Şəkildə Türkiyə bayrağı və Ordusunun qarşısında Suriyada YPG-ni dəstəkləyən ölkələrin bayraqları yer alıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*