Stoltenberq: “Ukrayna iyul sammitində NATO-ya dəvət almayacaq”backend

Stoltenberq: “Ukrayna iyul sammitində NATO-ya dəvət almayacaq”

“Kiyev alyansın 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət almayacaq”.

KONKRET.az bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üzv ölkələr Kiyevin sammitə dəvət edilməsi ilə bağlı razılığa gələ bilməyəcəklər. Çünki belə bir qərarın qəbulu 32 dövlətin hamısının konsensusunu tələb edir.

“Zirvə görüşündə bu razılaşmanın əldə olunacağını düşünmürəm, lakin biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”, – Stoltenberq bildirib.

Burhan,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*