Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Azərbaycan prospektində baş verib. Yolu keçmək istəyən 1937-ci il təvəllüdlü Rəsul Nəcəf oğlu Cəlilovu “KIA” markalı avtomobil vurub.
R. Cəlilov xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır
