Sumqayıtda yanğın – Əraziyə xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edildibackend

Sumqayıtda yanğın – Əraziyə xeyli sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edildi - FOTOLAR

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin xeyli sayda texnika və canlı qüvvəsi cəlb olunub.

Adıçəkilən idarənin rəis müavini polkovnik Mirfuad Mahmudov KONKRET.az- a bildirib ki, yanğın obyektin  20 kvadrat metrlik lambir tavan, 10 kvadratlıq isə soba hissəsini əhatə edib. Qısa zaman ərzində yanğının qarşısı alınıb və dönərxanaya bitişik olan  “Yaşıl” marketə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin versiyaya  görə yanğın sobanın həddindən artıq qızması nəticəsində yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*