Gözlənilməz insident Ər-Riyad şəhərində keçirilən “DeepFest-2024” süni intellekt və texnoloji festivalı zamanı baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, jurnalist Ravya Kassem robotun qarşısında dayanaraq danışmaq istəyib. Bu zaman arxada qalmış robot irəliləyərək qadının ombasına toxunub.
Gözlənilməz hərəkətdən çaşan Kassem robotdan uzaqlaşıb və təqdimatını davam etdirib.
“QSS” robototexnika şirkətindən bildirilib ki, robot “tam avtonomdur” və “birbaşa insan nəzarəti olmadan” müstəqil işləyir. Qeyd edilib ki, insidentlə bağlı şərait və videogörüntü təhlil edilib, robotun davranışında heç bir sapma aşkar edilməyib. Amma bundan sonra heç kimin robotun hərəkət dairəsində yaxınlaşmaması üçün əlavə tədbirlər görüləcək.
Şirkət nəzərə çatdırıb ki, robot təhlükəli şəraitdə tapşırıqları yerinə yetirmək və insanların təhlükəsizliyini yüksəltmək üçün nəzərdə tutulub. Odur ki, robot sadəcə, jurnalist xanımdan irəliyə doğru addım atmasını xahiş etmək istəyib.
Səid,
KONKRET.az
