Qərar verildi: Bu ailələrə 400 manat güzəşt ediləcəkbackend

Qərar verildi: Bu ailələrə 400 manat güzəşt ediləcək

Milli Məclis minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin ailələrinə sosial dəstəyin artırılması ilə bağlı qanun dəyişikliyini son oxunuşda qəbul edib.

KONKRET.az xəbər verir ki, dəyişikliyə əsasən, həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Vergi Məcəlləsinə uyğun olaraq, onların ailə üzvlərinin vergi tutulan aylıq gəlirindən 400 manat azad ediləcək. Bu güzəştlər 2026-cı il 15 sentyabrdan tətbiq ediləcək və əvvəlki dövrdə həlak olanların övladlarına da (23 yaşadək) şamil olunacaq.

Qanunun məqsədi bu ailələrin sosial rifahını yaxşılaşdırmaq və dövlət dəstəyini gücləndirməkdir./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*