Surovikin Əlcəzairdə – FOTObackend

Surovikin Əlcəzairdə - FOTO

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) keçmiş komandanı, “Vaqner PMC” ilə əlaqələrə görə işdən çıxarılan Sergey Surovikin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Əlcəzairə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə sentyabrın 15-də Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.

Nəşrin həmsöhbətləri Surovikinin Afrika ölkəsinə səfərini ölkənin hərbi-siyasi rəhbərliyinin xarici siyasətin həyata keçirilməsində şərq istiqamətinə böyük önəm verməsi ilə əlaqələndiriblər.

Media həmçinin Surovikinin şərq istiqamətində işlərlə bağlı bir vəzifəyə təyin oluna biləcəyini də irəli sürür.

Xatırladaq ki, Surovikin 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər Ukraynada Rusiya qoşunlarının birləşmiş qrupuna komandanlıq edib, 2023-cü il yanvarın 11-dən isə komandirin müavini vəzifəsini icra edib.

суровикин алжир2

суровикин алжир3

суровикин алжир5

суровикин алжир8

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*