Tacir Şahmalı qadın həmkarını təhqir etdi: “Kinq-konq”a oxşayır, o sifətdə qadın olar?”backend

Tacir Şahmalı qadın həmkarını təhqir etdi: "Kinq-konq"a oxşayır, o sifətdə qadın olar?”

Müğənnilər Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında qalmaqal daha da böyüyüb.  Ötən gün mətbuata açıqlama verən İlahə Fəda həmkarını təhqir etməkdən çəkinməyib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Tacir Şahmalıoğlu İlahə Fədaya cavab verib.

O, həmkarının haqqında səsləndirdiyi fikirləri boş hesab edib:

“İlahə Fədanın haqqımda dediklərini oxudum, hamısı boş şeydir. O, səviyyəsiz, yiyəsiz adamdır. Özbaşına qadındır, ağzına gələni danışır.

Keçən dəfə efirdə səsləndirdiyim fikirlərin üstündə qalıram, tək İlahə Fəda yox, onunla bərabər minlərlə qadın var ki, mənim fanatımdır, məni özlərindən çox istəyirlər.

İlahə deyə bir adam həyatda yoxdur, onun Şövkət Ələkbərovaya, Teymur Mustafayevə, Arif Babayevə qulaq asmışam deməyi ilə deyil. Mən səhnədə olanda onun adını sadaladığı insanların çoxu heç səhnədə olmayıb. Bu insan gündəmə gəlmək istəyir, bir gözəlliyi də yoxdur axı, “Kinq-konq”a oxşayır, qadına oxşamır. O sifətdə qadın olar?

İstəyir gündəmə gəlsin. Burdan ona demək istəyirəm ki, ay yazıq, sən gündəmə gəlsən nə olacaq? Sən Konservatoriyadan danışırsan, insanın özü konservatoriya olmalıdır, gedib bir neçə il konservatoriyada oxumaq o demək deyil ki, sən böyük sənətkarsan. Mənə bu sənəti Allah verib, bu, Allah vergisidir. Ona görə də məni xalq sevir. Onların içərisində on mində bir İlahə kimi sevməyəni var. Həmin adamlar da pərəstişkarlarım tərəfindən şərhlərdə o qədər əksildilirlər ki, adam utanır. Belələrinə sosial şəbəkələrdə ağızlarına gələni deyirlər”.

T.Şahmalıoğlunun sözlərinə görə, İ.Fədanın tez-tez qalmaqallı çıxışlar etməsinin səbəbi gündəmə gəlmək istəyidir:

“Bu adam şərəfsizdir! O dediyi sözləri mənə demir ki, 4-5 milyon fanatım var, onlara deyir. Bu birbaşa onlara təhqirdir. Onlar da hamısı cavabını verir. Əsas olan xalqın sevgisidir. Xalqım bilir ki, mən necə insanam. Yeri gələndə yetimə-yesirə əl tuturam, elə İlahənin bacısı Fədayəyə o qədər yardım etmişəm ki. İndi bunu başa vurmaq üçün demirəm, amma eləmişəm axı…

Fədayəyə o boyda sənət vermişəm, bu gün Fədayə 3-4 minə toya gedir. Bunun hamısını edən mənəm axı. Mən Allahın qarşısında etdiyim hərəkətləri bilirəm, vicdanım da rahatdır. Sevənlərim də bunu bilir.

Mən İlahəni heç adam hesab eləmirəm. Mən ona Allahdan şəfa diləyirəm. Bu adam xəstədir, tezliklə sağalmasını arzu edirəm, yazıqdır. İndi adam deyil, indi “kinq-konq”dur. O qadın mənimlə qalmaqal yaradıb gündəmə gəlmək istəyir. Mənsə icazə verməyəcəyəm ki, gündəmə gəlsin və başqa heç nə deməyəcəyəm. Belə virusların gündəmə gəlməsi Azərbaycan musiqisinin məhvi deməkdir. Sən kimsən ki, Şövkət Ələkbərovanın, Arif Babayevin adını çəkirsən?! Nə vaxt efirə çıxıb onlar kimi ürəkoxşayan ifa etmisən ki, onların adını ağzına alırsan? Sən kimsən?! Sadəcə gündəmə gəlmək istəyir, çünki artıq gündəmdən çıxıb. Artıq heç kimə lazım deyil, yaşayıb qurtarıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*