Həyatda bəzən belə olur ki, tanımadığın bir insanın yanında özünü rahat hiss edirsən. Sanki uşaqlıqdan bir-birinizi tanıyırsınız. Onunla etdiyin söhbətlər elə təbii və səmimi olur ki… Siz belə insanları necə müəyyən edirsiniz? Psixoloqlar ruhən sizə yaxın olanları bu test vasitəsilə müəyyən edir:
- Sanki bir-birinizin fikrini oxuya bilirsiniz.
- Onu uşaqlıq dostu və ya ailənizin içində xəyal edirsiniz.
- Özünüzə yaxın bildiyiniz bu adam sanki sizin haqqınızda her şeyi bilir kimi görünür.
- Qarşındakının gözlərini çox doğma hiss edərsiniz.
- Siz birlikdə ikən zaman deyə bir şey yoxtur.
- Özəlliklə biri haqqında cinsel düşüncələrə sahib olduğunuz üçün utanma hissi yaranır
- Onunla ünsiyyət sizdə güclü daxili reaksiyaya səbəb olur.
Belə bir insanla ünsiyyətiniz ona qarşı güclü maraq yaradır. Hər görüşəndə ikinizin də son dəfə qaldığınız yerdən davam etdirmək istəyiniz var sanki.
Rəsmiyyə Şərifova,
KONKRET.az
