Tanınmış aktyor 37 yaşında vəfat etdibackend

Tanınmış aktyor 37 yaşında vəfat etdi

Tanınmış fransız aktyor Qaspar Ulyel 37 yaşında vəfat edib.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, aktyor Fransanın cənubunda yerləşən Rozyer dağ-xizək kurortunda digər xizəkçi ilə toqquşaraq ağır xəsarət alıb.

Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaspar Ulyel “Hannibal. Yüksəliş”, “Uzun izdivac”, “Sen-Loran.Stil mənəm” və “Bu sadəcə dünyanın sonudur” filmləri ilə populyarlıq qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*