Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyası məlumat yayıb.
Qeyd edək ki, Aydın Rzaquliyev 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olub. O, 1973-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Şüşə və keramika fakültəsini bitirib. Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. O, “İki nəfər”, “Daşda həkk olunmuş Ay” və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr olunmuş keramik fiqurların müəllifi idi.
Xatırladaq ki, Aydın Rzaquliyev Azərbaycan boyakarı, qrafiki Əməkdar rəssam Ələkbər Rzaquliyevin oğlu idi.