Mikaelyan Paşinyana “damğa vurdu” – “Vətəndaş Müqaviləsi” qalib gəlməyibbackend

Mikaelyan Paşinyana "damğa vurdu" - “Vətəndaş Müqaviləsi” qalib gəlməyib

Artur Mikaelyan hesab edir ki, seçkilərdə saxtakarlıq və təzyiq üsullarından istifadə olunmasına baxmayaraq, Nikol Paşinyan və hakim “Mülkü Müqavilə” partiyası istədiyi nəticəni əldə edə bilməyib.

KONKRET.az xəbər verir ki, Mikaelyan bildirib ki, seçkilərin nəticələri bunu açıq şəkildə təsdiqləyir:

“Rəqəmlər göstərir ki, seçicilərin yarıdan çoxu ‘Vətəndaş Müqaviləsi’nə səs verməyib.”

“Güclü Ermənistan”
partiyasının üzvü hakim partiya nümayəndələrinə müraciət edərək vurğulayıb:

“Siz qalib gəlmədiniz. Sadəcə hakimiyyəti qoruyub saxlaya bildiniz. Ancaq xalqın əksəriyyətinin etimadını qazana bilmədiniz. Vətəndaşların çoxluğunun dəstəyinə malik olmayan hakimiyyət artıq xalq adından danışa bilməz.”

Onun sözlərinə görə, hakimiyyətin legitimliyi yalnız seçkidə əldə olunan mandatla deyil, həm də cəmiyyətin geniş təbəqələrinin etimadı ilə ölçülür. Buna görə də, seçicilərin əksəriyyətinin dəstəyini qazana bilməyən siyasi qüvvə özünü bütün xalqın təmsilçisi kimi təqdim edə bilməz.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*