“Barak Obama-2” prezidentliyə namizəd oldu – FOTObackend

“Barak Obama-2” prezidentliyə namizəd oldu - FOTO

ABŞ-ın 44-cü prezidenti Barak Obama ilə eyni adı daşıyan, lakin geniş ictimaiyyətə az tanınan Kaliforniya qubernatorluğuna namizəd Barak Obama Şou 2028-ci il prezident seçkilərində iştirak üçün müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Nəşrin yazdığına görə, Kaliforniyada qubernator seçkilərinin ilkin mərhələsi artıq başa çatıb və məğlub olan namizədlərin əksəriyyəti yarışdan çəkilib. Lakin internetdə maraq və zarafat mövzusuna çevrilən namizədlərdən biri kampaniyasını daha da genişləndirərək prezidentliyə namizəd olmaq qərarına gəlib.

Demokrat Şounun qubernator seçkilərində iştirakı əsasən adının ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə eyniliyi səbəbindən diqqət çəkmişdi. O, seçki bülletenində yer alan 61 namizəddən biri olsa da, qalib gələ bilməmişdi.

Bir çoxları onun namizədliyini zarafat və ya reklam gedişi kimi qiymətləndirmişdi.

Bundan əvvəl Şou San-Fransisko körfəzi bölgəsində yerləşən Alameda şəhərinin meri vəzifəsinə də namizəd olmuş, lakin cəmi 16 522 səs toplamışdı.

Məğlubiyyətlərə baxmayaraq, o, prezident seçkilərində iştirak etmək niyyətindən vaz keçməyib.

Məlumata görə, o, əslində Sesil L. Şou III adı ilə doğulub, lakin 2013-cü ildə rəsmi olaraq adını dəyişərək Barak Obama Şou qoyub. Onun sözlərinə görə, bu ad ümid və imkanların rəmzidir.

Qeyd edək ki, Barak Obama 2009–2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti olub və ölkə tarixində bu vəzifəni tutan ilk afroamerikalıdıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*