Ağdamda qeyri-adi hadisə – FOTObackend

Ağdamda qeyri-adi hadisə - FOTO

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*