Regionun təhlükəsizliyi İransız qurula bilməz – Əraqçibackend

Regionun təhlükəsizliyi İransız qurula bilməz - Əraqçi

Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə görüşdə deyib.

“Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz”, – Əraqçi bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*