“Tarixi təhrif edilmiş xalqın gələcəyi ola bilməz” – Qələbə günü ilə bağlı AÇIQLAMAbackend

“Tarixi təhrif edilmiş xalqın gələcəyi ola bilməz” – Qələbə günü ilə bağlı AÇIQLAMA

Bu gün 9 may faşizm üzərində Qələbənin növbəti ildönümü qeyd olunur. 77 il əvvəl Almaniyanın təslim olması ilə Böyük Vətən müharibəsi başa çatdı. Hər il əksər ölkələrdə bu tarix Qələbə Günü kimi qeyd edilir. Azərbaycan da, faşizmə qarşı mübarizə aparan xalqlardan biri olub. Lakin bu gün ölkəmizdə “Qələbə Günü”nə qarşı münasibət birmənalı deyil. Çoxları 9 mayı Qələbə Günü kimi qeyd etməyi düzgün saymır.

Bəs görəsən, əslində biz bu günü qeyd etməliyikmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə Azərbaycanın faşizmlə mübarizə apardığını deyir və burada utanılası nə isə olmadığını qeyd edir: “9 may faşizm üzərində “Qələbə Günü”dür və bizim bayramımızdır. Azərbaycanın həmin qələbədə böyük xidmətləri olub. Bakı nefti müharibənin taleyində mühüm rol oynayıb. İndi bəzi insanlar tariximizə müharibə elan edib. Onlar tarixi hadisələri danaraq, təhrif edirlər. Yəqin ki, onlar buna görə kimlərsə tərəfindən maliyyələşdirilir. Məsələnin başqa açıqlaması yoxdur”.

Zərdüşt Əlizadə deputat seçilən qardaşını təbrik etmədi

Politoloq “Qələbə Günü”nə qarşı belə pis münasibətləri əsla qəbul etmədiyini söyləyib: “9 may “Qələbə Günü”nü inkar etməklə nə əldə edə bilərik? Belə münasibəti təqdir etmək mənə görə mümkün deyil. Tarixi təhrif edilmiş xalqın gələcəyi ola bilməz. Dünyanın ən mütərəqqi xalqları faşizmə qarşı birgə mübarizə aparıb. Azərbaycan xalqı da, onların sırasında olub. Qəhrəman igidlərimizin canı, qanı bahasına faşizmlə mübarizə aparmışıq. Biz bunu heç vaxt unutmamalı, buna görə utanmamalıyıq. Kimsə tarixindən, ailəsindən utanırsa, bu çox gülüncdür. 9 may Qələbə günüdür. Hitler Almaniyasına qarşı bütün xalqlarla yanşı döyüşərək şəhid vermişiksə, həmin günü qeyd etmək bizim haqqımızdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

  • Məmmədov Mahmud
    May 9, 2022 - 21:53

    Bu qardaşlar rus dalından çıxa bilmirlər, onlar politoloq yox, yalıyantoloqdurlar.

  • Aslan
    May 10, 2022 - 02:08

    Mən vətənsəvər bir insan olaraq deyirəm, 9 May ilə bizi heçbirşey bağlamır. Bizim qələbəmiz milli vətənimiz uğrunda olan muharəbəmizdir. Bizə nə ki faşizmdən, sözdə rus qələbəsindən. Azərbaycan soviet əsarəti altında məcburi qoşuldu muharəbəyə. 9 May’ı heçkəs qeydetmir və etməyəcək. Siz medya da az reklam eləyin, bizim qələbəmiz olaraq millətin beyninə yeritməyin

Aslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*