Miliyyətçi hərəkat Partiyasının başqanı Dövlət Baxçalı Demirören Media TV Qrupunun rəhbəri Murat Yancı və onu müşayiət edən heyətlə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə CNN TÜRK-ün Ankara təmsilçisi Dicle Canova və Kanal D Ankara təmsilçisi Zafer Şahin də iştirak edib.
Görüşdə son dövrlərdə baş verən daxili və xarici siyasi proseslər müzakirə olunub. Bahçeli çıxışında yerli və milli medianın, xüsusilə televiziya kanallarının dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. O, türk seriallarının dünyada qazandığı uğurlardan danışaraq bu sahənin daha da dəstəklənməsinin vacibliyini qeyd edib.
MHP lideri xüsusilə “Uzak Şehir” serialını mütəmadi izlədiyini bildirib.
