1960-cı illərdə Bakı ilə Sumqayıt arasında helikopter reysləri fəaliyyət göstərirdi.
KONKRET.az xəbər verir ki, sürətlə inkişaf edən bu iki sənaye şəhəri üçün helikopterlər ən operativ nəqliyyat vasitələrindən biri sayılırdı.
Cəmi 15-20 dəqiqə ərzində Bakıdan Sumqayıta çatmaq mümkün idi.
Mi-1 və Mi-4 tipli helikopterlər əsasən mühəndislərin və rəsmi şəxslərin daşınması üçün istifadə olunsa da, bəzi hallarda adi sərnişinlər də bu reyslərdən yararlana bilirdi./milliaz

