“Qalatasaray” kubokla vidalaşdıbackend

"Qalatasaray" kubokla vidalaşdı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.

KONKRET.az xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında “Qalatasaray” “Rams Park”da “Gənclərbirliyi” ilə üz-üzə gəlib.

Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən “cim-bom” bu dəfə Ankara təmsilçisinə “diş keçirə” bilməyib.

Qonaqlar 2:0-lıq qələbə ilə “Qalatasaray”ı kubokdan kənarda qoyublar.

Fıratcan Uzum və Adama Traorenin qollarıyla “Gənclərbirliyi” adını yarımfinala yazdırıb.

“Qırmızı-qaralar”ın yarımfinaldakı rəqibi “Trabzonspor” – “Samsunspor” cütünün qalibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*