ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri stefa verdibackend

ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri stefa verdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) naziri Con Felan vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Felanın istefası dərhal qüvvəyə minib. İstefanın səbəbi açıqlanmayıb.

Məlumata görə, müvəqqəti olaraq HDQ naziri vəzifəsini onun birinci müavini Xanq Kao icra edəcək.

Qeyd edək ki, Con Felan 2025-ci il martın 25-də ABŞ Senatı tərəfindən bu vəzifəyə təsdiqlənmişdi. O, bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisi kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*