Tavuş sakinlərinin bağladığı yol açıldıbackend

Tavuş sakinlərinin bağladığı yol açıldı

Tavuşun Kirants kəndinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə razılaşmaya etiraz edən sakinləri tərəfindən mayın 16-dan etibarən bağlı olan Ermənistan-Gürcüstan yolu açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia”ya kənd sakinləri məlumat verib. Bildirilib ki, kəndə aparan yoldakı nəzarət postu da artıq oradan götürülüb.

Müvafiq qərar kənd sakinlərinin Tavuş vilayətinin qubernatoru Ayk Qalumyanla görüşündən sonra qəbul edilib. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*