ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson özünün parlaq həyat tərzi və israfçı xərcləri ilə tanınır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onun aldığı ən bahalı əşya qızıl vanna olub.
24 karatlıq qızıl vanna Taysonun birinci arvadı Robin Givens üçün nəzərdə tutulub və boksçuya Milad hədiyyəsi olaraq 2,2 milyon dollara başa gəlib.
Maraqlıdır ki, bir il sonra cütlük boşanıb.
Qeyd edək ki, sərvəti 400 milyon dollar qiymətləndirilən boksçu bu cür xərcləri asanlıqla ödəyə bilib.
Məlumata görə, Tayson qiymətli metallara həvəsli olub, onun 245 minlik 18 karatlıq qızıldan hazırlanmış saatı, 170 minlik zəncirləri var.
Yeri gəlmişkən, 90-cı illərin əvvəllərində Mayk təcavüzə görə 3 il həbs cəzası çəkib. 2000-ci illərdə o, 23 milyon dollardan çox borcu ilə özünü müflis elan edib və qızıl vannanı satmalı olub.
Alıcı britaniyalı milyarder Dervud Hodqrass olub. O, vannanı 1,2 milyona alıb.

İqbal Rzayev,
KONKRET.az
