Təbrizdəki partlayışda ölənlərin sayı artdı – YENİLƏNİBbackend

Təbrizdəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

KONKRET.az rəsmi mənbələrə istinadən xəbər verir ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Xanbərar partlayışın səbəbi haqqında açıqlama verməyib.

Əraziyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə SEPAH-a bağlı “Aşuranın 31-ci korpusu”nun yerləşdiyi bildirilir.

***

15:18

Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.

Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

10:03

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.  Bildirilir ki, güclü partlayış nəticəsində 3 ev dağılıb.  Beş nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı qeyd edilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*