Təyyarənin şassisi partladı: 18 nəfər yaralandıbackend

Təyyarənin şassisi partladı: 18 nəfər yaralandı

Honkonqun “Cathay Pacific” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Honkonqdan Los-Ancelesə uçan təyyarənin şassisinin həddindən artıq qızması və partlaması səbəbindən baş verib.

Təyyarənin kapitanı uçuşu dayandırmaq qərarına gəlib.

İlkin məlumatlara görə, hadisə nəticəsində 5-i kişi, 13-ü qadın olmaqla 18 nəfər xəsarət alıb.

Təyyarənin göyərtəsində olan digər 275 sərnişin isə xəsarət almayıb.

Hadisə yerinə 10-dan çox təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*