Rusiya-Ukrayna müharibəsi bu gün dünyanın gündəmindən düşmür. Müharibənin necə nəticələnəcəyi beynəlxalq aləmi ciddi narahat edir.
KONKRET.az amerikalı jurnalist Tomas Fridman müharibə ilə bağlı ciddi analitik şərhini təqdim etməklə bu toqquşmanın yaratdığı dəhşətli təhlükələri dəqiq ifadə edib.
Yazını oxuculara təqdim edirik:
Jurnalistikada ən təhlükəli bildiyim söz: “Dünya bir daha əvvəlki kimi olmayacaq”. 40 ildən çoxdur ki, mən nadir hallarda bu ifadəni işlətməyə cəsarət etdim. Amma mən bunu indi, Vladimir Putinin Ukraynaya təcavüzündən sonra edəcəm.
Dünyamız bir daha heç vaxt əvvəlki kimi olmayacaq, çünki bu müharibənin tarixi paralelləri yoxdur. Bu, 18-ci əsr üslubunda, lakin 21-ci əsrin qloballaşan dünyasında fövqəldövlətin kobud şəkildə başqa dövlətə müdaxiləsidir. Bu, TikTok-da yalnız smartfonlarla silahlanmış super güclü insanlar tərəfindən işıqlandırılan ilk müharibədir, buna görə də vəhşilik aktları sənədləşdiriləcək və heç bir redaktor və ya filtr olmadan bütün dünyada yayımlanacaq. Müharibənin ilk günündə biz Rusiyanın zirehli bölmələrinin gözlənilmədən Google Maps tərəfindən aşkar edildiyini gördük, çünki Google sürücüləri Rusiya zirehli texnikasının tıxaclara səbəb olması barədə xəbərdar etmək istəyirdi.
Daha əvvəl belə bir tamaşaya baxmamısınız.
Bəli, Rusiyanın Ukraynanı ələ keçirmək cəhdi keçmiş əsrlərə – Amerika və Fransada demokratik inqilablardan əvvəl – Avropa monarxının və ya rus çarının sadəcə olaraq ərazini genişləndirmək istədikləri, ələ keçirməyin vaxtının çatdığı barədə qərar verə bildiyi vaxtlara daha çox oxşayır. Və ətrafındakı hər kəs onun bacardığı qədər udacağını bilirdi və ona mane ola biləcək dünya ictimaiyyəti yox idi.
Bununla belə, bu gün bu cür hərəkət etməklə, Putin nəinki İkinci Dünya Müharibəsindən bəri mövcud olan beynəlxalq sistemin qaydalarını birtərəfli qaydada yenidən yazmaq istəyir, o, həm də beynəlxalq sistemin ikinci dünya müharibəsindən bəri mövcud olan qaydalarını darmadağın etməklə dünyanı xaosa sürükləyir. Putinin fikrincə, Soyuq Müharibədən sonra Rusiyaya tətbiq edilən qüvvələr balansı dəyişib.
Bu tarazlıq və ya Putinin dili ilə desək, balanssızlıq I Dünya Müharibəsindən sonra Almaniyaya tətbiq edilən Versal müqaviləsinin alçaldıcı ekvivalenti idi. Rusiyaya münasibətdə bu, o demək idi ki, Moskva NATO-nun genişlənməsini nəinki Polşa kimi həmişə Sovet İttifaqının təsir dairəsində olan köhnə Avropa dövlətlərini, hətta prinsipial olaraq bu dövlətləri də öz tərkibinə daxil etməklə “udmalı” idi. Bu dövlətlər Ukrayna kimi Sovet İttifaqının bir hissəsi idi.
Mən çoxlarının Robert Kaqanın “The Jungle Returns” adlı mükəmməl kitabına istinad etməsini Putinin işğalının nümayiş etdirdiyi bu mənfur və qəddar geosiyasət üslubunun qaytarılması üçün bir növ stenoqram kimi görürəm. Amma bu şəkil natamamdır. Çünki indi 1945 və ya 1989-cu il deyil. Biz cəngəlliyə qayıda bilərik, amma bu gün cəngəllik məftillərdən ibarətdir.
Telekommunikasiya onu hər zamankındən daha yaxınlaşdırır – peyklər, ticarət, İnternet, avtomobil yolu, dəmir yolu və hava şəbəkələri, maliyyə bazarları və təchizat zəncirləri. Beləliklə, Ukrayna daxilində müharibə dramı oynanarkən, Putinin işğalının riskləri və nəticələri bütün dünyada, hətta Kremldəki dostu üçün narahat olmağa bütün əsasları olan Çində də hiss olunur.
Dünya Müharibəsi Simli (Kompüter Dünya Müharibəsi) – tam bir-birinə bağlı dünyada ilk müharibəyə xoş gəlmisiniz. Bu, kazakların World Wide Web ilə görüşü olacaq. Dediyim kimi, siz bunu əvvəllər görməmisiniz.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən artıq altı gün keçib, lakin bizdə İraqdakı bir həftəlik müharibədən daha çox orada baş verənlər haqqında məlumat var”, – zabit kimi xidmət edən Daniel Conson cümə axşamı günortadan sonra Slate-də yazıb. “Ukraynadan gələn məlumatı ölkə daxilində vətəndaşların və əsgərlərin mobil telefonlara, internetə və müvafiq olaraq sosial şəbəkə proqramlarına sərbəst çıxışı olmadan belə miqyasda hazırlamaq mümkün deyil. Tam miqyaslı müasir müharibə, dəqiqəbə dəqiqə döyüşlər, ölümlər, itkilər bütün dünyaya canlı yayımlanacaq. Yalnız ilk gündə yayılan məlumatlara görə, baş verənlər artıq dəhşətlidir.
Bu müharibənin nəticəsi, əsasən, dünyanın qalan hissəsinin iqtisadi sanksiyalardan istifadə etməklə və onun irəliləyişini ləngitmək üçün ukraynalıları zenit və tank əleyhinə silahlarla silahlandırmaq yolu ilə Putinin blitskriqinin qarşısını almaq və geri qaytarmaq istəyindən asılı olacaq. Putin ölən həmvətənlərinin sayını da nəzərə almağa məcbur ola bilər.
Putin həddindən artıq özündə birləşdirdiyi imperiya ambisiyaları ilə devriləcəkmi? Bunu söyləmək hələ tezdir. Amma bu günlərdə mən Avropadakı qonşularını udmağa qərarlı başqa bir lider haqqında düşünürəm. Onun adı Adolf Hitler idi. O deyirdi: “Hər bir müharibənin başlanğıcı qaranlıq otağa qapı açmaq kimidir. Qaranlıqda nəyin gizləndiyini heç vaxt bilmirsən”.
Putinin vəziyyətində mən özümdən soruşuram: o, nəinki qaranlıqda deyil, həm də ümumiyyətlə, nə gizləndiyini belə dərk edirmi? O, bugünkü yeni dünyada təkcə Rusiyanın güclü tərəflərini deyil, həm də zəif tərəflərini bilirmi? İcazə verin onları sadalayım.
Rusiya 44 milyon əhalisi olan, Rusiya əhalisinin üçdə birindən bir qədər azını təşkil edən azad ölkəni zorla ələ keçirmək prosesindədir. Və bu ukraynalıların əksəriyyəti 30 ildir ki, Qərbin demokratik, azad bazarının bir hissəsi olmaq üçün mübarizə aparır və artıq Avropa İttifaqının şirkətləri, institutları və mediası ilə çoxlu ticarət, mədəni və internet əlaqələri qurublar.
Biz bilirik ki, Putin Rusiya ordusunu xeyli təkmilləşdirib, onu səsdən sürətli raketlərdən tutmuş qabaqcıl kibermüharibə imkanlarına qədər hər şeylə təchiz edib. O, Ukraynanı ram etmək gücünə malikdir. Amma bu müasir dövrdə biz heç vaxt görməmişik ki, qeyri-azad ölkə olan Rusiya beynəlxalq sistemin qaydalarını yenidən yazıb Ukrayna kimi azad bir ölkəni ələ keçirsin. Xüsusən də əgər azad olmayan ölkənin, Rusiyanın iqtisadiyyatı Texasın iqtisadiyyatından kiçikdirsə.
O zaman bunu düşünün: sürətli qloballaşma sayəsində Aİ artıq Rusiyanın deyil, Ukraynanın ən böyük ticarət tərəfdaşıdır.
Bruegel.org tərəfindən dərc edilən son təhlilə görə, 2012-ci ildə Ukrayna ixracının 25,7%-i Rusiyaya gedib, Aİ-də isə bu göstərici 24,9%-dir. Cəmi altı il sonra, Rusiyanın Krımı qəddarcasına ələ keçirməsindən və Ukraynanın şərqindəki separatçı üsyançılara dəstək verməsindən və Ukraynanın Aİ ilə iqtisadi və siyasi əlaqələrini gücləndirdikdən sonra “Ukrayna ixracında Rusiyanın payı 7,7%-ə düşüb, Aİ-nin payı isə sıçrayıb. 42. 6%.
O, hərbi planlarında bunu nəzərə alıbmı? Məncə, yox. Moskvadakı təqaüdçü rus diplomatı mənə elektron poçtla yazırdı: “Mənə deyin, bu müharibə necə bitəcək? Təəssüf ki, proqnoz vermək çox çətindir, bu barədə soruşacaq heç kim və heç bir yer yoxdur.
Şübhə etmirəm ki, Çin Prezidenti Si Cinpin dərindən ümid edir ki, Putin Ukraynanı işğal edəcək və ABŞ-ı alçaltmaqla yaxa qurtara biləcək. Və bu, Tayvanı ələ keçirmək və onu Çinə qaytarmaq istəyi ilə bağlı dünyanı yumşaltmağa kömək edəcək.
Lakin o, axmaq da deyil. Sizə bir neçə maraqlı faktı təqdim edirik: birincisi, Çin iqtisadiyyatı Rusiyadan daha çox Ukraynadan asılıdır. Reuters-in məlumatına görə, “Çin 2019-cu ildə Rusiyanı keçərək Ukraynanın ən böyük ticarət tərəfdaşı oldu, keçən il ümumi ticarəti 18,98 milyard dollar təşkil etdi ki, bu da 2013-cü ildəkindən demək olar ki, 80% çoxdur… Çin 2020-2021-ci illərdə Ukrayna arpasının ən böyük idxalçısı oldu və keçən il Çinə qarğıdalı idxalının təxminən 30%-i Ukraynadakı təsərrüfatlardan gəlib.
İkincisi, Çin 2020-ci ildə Avropa Birliyinin ən böyük ticarət tərəfdaşı kimi ABŞ-ı geridə qoydu və AB-yə görə Pekin getdikcə aqressivləşən Rusiya və qeyri-sabit Putinlə münaqişəyə girə bilməz. Çinin sabitliyi – və hakim Kommunist Partiyasının legitimliyi onsuz da böyük olan orta sinfi saxlamaq və inkişaf etdirmək bacarığından asılıdır. Və bu, sabit və artan qlobal iqtisadiyyatdan asılıdır.
Mən ABŞ və Aİ kimi Çinin də ukraynalıları silahlandırmaq bir yana, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmirəm. Pekinin indiyə qədər etdiyi tək şey Putinin işğalına qarşı mızıldanması oldu və dərhal Vaşinqtonun NATO-nun genişlənməsinə görə “odu körükləməkdə” “günahkar” olduğunu dedi.
Beləliklə, Çin açıq şəkildə parçalanıb və Putinin bundan xilas olub-olmaması mövzusunda çox tərəddüd edir.
Rəhbərlik etmək seçim etməkdir və Çinin ABŞ-ı dünya lideri postundan sıxışdırmaq iddiası varsa, o, sadəcə mızıldanmaqdan daha çox şey etməli olacaq.
Musiqiçi və aktrisa Selena Qomezin Instagram-da Rusiya vətəndaşlarından iki dəfə çox – 298 milyondan çox izləyicisi var. Bəli, Vladimir, bunlar səndə yoxdur. Bu izləyicilər sizin tanklarınızı geri qaytara bilməsələr də, Qərbdəki hər bir lideri məcbur edə bilərlər ki, siz və əlaltılarınız heç vaxt bu ölkələrə səyahət edə bilməsinlər. İndi siz rəsmi olaraq qlobal pariyasınız. Ümid edirəm ki, Çin və Şimali Koreya yeməklərindən zövq alacaqsınız.
Bütün bu səbəblərə görə, bu ilkin mərhələdə mən Putinlə bağlı yalnız bir proqnoz verməyə cəsarət edirəm: Vladimir, bu müharibənin ilk günü həyatınızın qalan hissəsinin ən yaxşı günü idi. Qısa müddətdə ordunuzun qalib gələcəyinə şübhəm yoxdur, amma uzunmüddətli perspektivdə gələcəyi keçmişlə basdırmağa çalışan liderlərin işləri yaxşı getmir. Uzun müddətdə adınız rüsvayçılıqla örtüləcək.
Bilirəm, Vladimir, bütün bunlar sənin vecinə deyil – sən bu müharibəni şiddətli pandemiyanın ortasında başladığın kimi. Etiraf etməliyəm ki, bu, Simli Dünya Müharibəsi (Dünya Kompüter Müharibəsi) ilə bağlı ən qorxulu şeydir. Uzun müddət uzaq ola bilər və hamımız sizin dəliliyinizə məruz qalmışıq. Yəni mən birmənalı proqnozlaşdırmaq istərdim ki, Ukrayna Putinin Vaterlousu olacaq. Amma bacarmıram, çünki bizim kompüter dünyamızda Vaterlouda baş verənlər təkcə Vaterlouda qalmır.
Doğrudan da, müasir dünyanın ən təhlükəli tərəfinin nə olduğunu soruşsanız, deyərdim ki, Putin Stalindən sonra bütün Rusiya liderlərindən daha çox nəzarətsiz gücə malikdir. Və Si Maodan sonra hər hansı digər Çin liderindən daha çox nəzarətsiz gücə malikdir. Lakin Stalinin dövründə onun sui-istifadələri daha çox Rusiya və nəzarət etdiyi sərhəd bölgələri ilə məhdudlaşırdı. Və Maonun dövründə Çin o qədər təcrid olunmuşdu ki, onun sui-istifadələri yalnız Çin xalqına təsir etdi.
Ancaq indi hər şey fərqlidir – bu gün dünya eyni vaxtda iki ifrata söykənir: indiyə qədər heç vaxt üç ən güclü nüvə dövlətindən ikisinin liderləri – Putin və Xi belə idarəolunmaz gücə malik olmamışdılar. Beləliklə, bu iki liderin nəzarətsiz gücləri ilə birbaşa və ya dolayısı ilə qərarları, demək olar ki, hər birimizə təsirsiz ötüşməyəcək.
Putinin Ukraynaya təcavüzü bu simli dünyanın nə qədər çılğın və qeyri-sabit ola biləcəyi ilə bağlı ilk real təcrübəmizdir. Və bu, sonuncu olmayacaq.
Tərcümə etdi: Sevinc Paşayeva,
KONRET.az
