Bu bir həqiqətdir ki, “Toyota” etibarlılığın sinonimidir. Amma hətta Yapon markalı avtomobillər də xarab ola bilər.
KONKRET.az xəbər verir ki, “Fresh” avtomobil bazarının servis şöbəsinin rəhbəri Aleksandr Nosko davamlı təmirə ehtiyac duyan “Toyota” modellərini sadalayıb.
“Yapon markası olan “Toyota” avtomobillərinin təkrar bazarda ən etibarlı və tələbatlı avtomobillər arasında olmasına baxmayaraq (ən çox satılan avtomobillərin ilk beşliyinə daxildir), bəzi modellər sahiblərinə xoşagəlməz sürprizlər yaşada bilər.
Məsələn, 2007-ci ilin “Toyota Camry” avtomobili həddindən artıq çox motor yağı istifadə edir, nəticədə mühərrikin təmiri baha başa gəlir. Onun interyeri görünüşünü tez itirir.
“2009-cu il “Toyota RAV4” də sürücülərin şikayətlərinə səbəb olub: lyukdan sızma, nəmlik elektronikaya zərər verə bilər, yanacaq pompası ilə bağlı problemlər və soyuducu mayenin sızması şikayətlərin başında gəlir.”, – deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, “HotCars” nəşri ən etibarlı maşınlar istehsal edən avtomobil markalarının siyahısını dərc edib. Toyota 72 xal toplayaraq reytinqin lideri olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
