Sabunçu rayonunda 62 yaşlı kişini elektrik cərəyanı vurub.
KONKRET.az xəbər verir ki, hadisə iyunun 16-da Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1964-cü il təvəllüdlü Fərrux Cavadov evində elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
