Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.
