“Trabzonspor” Türkiyə kubokunun yarımfinalındabackend

"Trabzonspor” Türkiyə kubokunun yarımfinalında

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

KONKRET.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Başakşəhər”i qəbul edib. Görüş “bordo-mavililər”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 57-ci dəqiqədə Edin Vişça vurub.

“Trabzonspor” yarımfinalda “Qalatasaray” – “Fatih Karagümrük” matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün “Ankaragücü” “Fənərbağça”ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*