Traktorla “Mercedes” toqquşdu, sürücü öldü – Cəlilabadda AĞIR QƏZAbackend

Traktorla “Mercedes” toqquşdu, sürücü öldü - Cəlilabadda AĞIR QƏZA

Cəlilabadda yol-nəqliyyat hadisəsi qəzası ölümlə nəticələnib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, qəza Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini Mehdi Xasay oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə traktor toqquşub.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Onun sərnişini, 1993-cü il təvəllüdlü Asim Ramiz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*