Tramp Ərdoğandan danışdı: Ağıllı və sərt liderdir, Türkiyəyə sanksiya qoyulmayacaq – VİDEObackend

Tramp Ərdoğandan danışdı: Ağıllı və sərt liderdir, Türkiyəyə sanksiya qoyulmayacaq - VİDEO

ABŞ prezidenti Donald Tramp Suriya məsələsində razılaşdıqdan sonra Türkiyəyə qarşı hər hansı sanksiyanın tətbiq edilməyəcəyini bildirib.

KONKRET.AZ xəbər verir ki, oktyabrın 15-də Türkiyəyə gələn ABŞ prezidentinin nümayəndə heyəti Ərdoğanla görüşdükdən sonra Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması məsələsində razılığa gəliblər.

ABŞ prezidenti Donald Tramp əldə edilən razılaşmadan sonra Türkiyəyə qarşı hazırlanan sanksiyalarla bağlı sualı cavablandırıb:

“Türkiyəyə qarşı sanksiya tətbiq etməyə ehtiyac qalmayacaq, çünki Türkiyə edəcəyini etdi. Konqresin sanksiyalarını da ehtiyac görmədim, çünki lazım gəlsə daha ağır sanksiyalar tətbiq etmək haqqım var. Buna hazır idim. Sadəcə dostum Ərdoğana təşəkkür etmək istəyirəm. Aramızda hər hansı problemin olmamasından məmnunam, çünki o böyük bir liderdir.

Prezident Ərdoğan çox ağıllı, sərt və güclü bir liderdir. Özü də bu razılaşmanın həyata keçirilməsini, xalqının təhlükəsizliyini istəyir. Bu bölgədən Türkiyəyə bir çox pisliklər edildi, çoxlu insan öldürüldü. Bu heç ədalətli deyil, heç kim bundan bəhs etmir. Ona görə də bu saziş Türkiyə üçün, kürdlər və hər kəs üçün gözəl olacaq”.

Daha sonra Donald Tramp belə bir razılaşmanın daha uzun zaman ala biləcəyini düşünsə də, qısa müddətdə nail olduqları üçün bunun çox vacib və dəyərli olduğunu vurğulayıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*